AZERI LIDERI ABBAS LISANI'YE MOLLALAR ISKENCE YAPIYOR!
 

http://www.asilkan.org/azer.htm

 

MOLLA REJİMİ MİLLİ HƏRƏKATÇIYA ZÜLM EDİR

Abbas Lisani 10 dərəcə soyuq olan kamerada saxlanılır
Güney Azərbaycan milli hərəkatının liderlərindən biri, Ərdəbil zindanında saxlanılan Abbas Lisani aclıq aksiyasını davam etdirir. GAMOH-un Bakı bürosunun yaydığı məlumata görə həbsxana məmurları hərəkatçıdan aclıq aksiyasını dayandırmağı tələb edib.
Tələbə əməl etmədiyinə görə, Abbas bəy temperaturu mənfi 10 dərəcə olan təkadamlı kameraya salınıb. Məlumatda bildirilir ki, buna baxmayaraq hərəkatçı aclıq aksiyasını davam etdirir. Xatırladaq ki, A.Lisani onunla bağlı çıxarılan qərəzli məhkəmə hökmünə etiraz əlaməti olaraq aclıq aksiyasına əl atıb. Siyasi məhbusun xanımı Rüqəyya Lisani Abbas bəyin sağlıq durumunun pisləşdiyini və onun taleyindən narahatçılıq keçirdiyini bildirib. Qeyd edək ki, A.Lisaninin adı bir sıra beynəlxalq qurumların hesabatlarında çəkilib və həmin sənədlərdə güneyli liderin azadlığa buraxılması tələbi əksini tapıb.
Cavid TURAN

 

Aclığını Durdur, Millətimiz Sağlığını İstəyir

http://www.petitiononline.com/abbasbey/petition.html

dilekceye adinizi yazin...

HABERIMIZ SES GETIRDI! AMERIKA LISANI ILE ILGILENIYOR!

http://www.voanews.com/azerbaijani/Azeabsiranazerinsan.cfm

ABŞ Dövlət Departamentinin hesabatında İranda azərbaycanlıların hüquqlarının pouzlduğu bildirilir

07/03/2007
 
 


ABŞ Dövlət Departamentinin 2006-cı ildə dünyada insan hüquqlarına dair hesabatında İranda azərbaycanlı əhalinin hüquqlarının pozulduğu bildirilir. Sənədə xüsusi olaraq, İran qəzetində azərbaycanlılar üçün təhqiredici karikaturalara etiraz olaraq may və iyun aylarında keçirilən aksiyalara zamanı həbs edilmiş Abbas Lisaninin, Saleh Kamraninin və Əbülfəz Vesalinin işlərinə toxunulur. Hesabatda həmçinin deyilir ki, İranın azərbaycanlı əhalisi 68 milyonluq əhalinin ən azı dörddə birini təşkil edir. Buna baxmayaraq, azərbaycanlılar mədəni və dil ayrı-seçkiliyinə məruz qalırlar. Məktəblərdə azərbaycan dilinin tədrisinə icazə verilmir, bundan narazı olanlar təqib edilir, Azərbaycan toponimləri isə farslaşdırılır. 2006-cı ilin yazında və yayında İranın bir çox şəhərlərində azərbaycanlı əhalinin etiraz aksiyaları keçirilib. Aksiyaların gedişində 4 nəfər həlak olub və 100-dən çox insan yaralanıb.

 

ANA SAYFA